Danimarkanın “Sərt kurs” sağçı-ekstremist partiyasının başçısı Rasmus Paludan İsveçdə anti-islami təxribat törədib.

Az.shafaqna.com xarici mediaya istinadən xəbər verir ki, o, paytaxt Stokholmdakı Türkiyə səfirliyinin qarşısında müsəlmanların müqəddəs kitabı olan Qurani-Kərimin nüsxəsini yandırıb.

Maraqlısı budur ki, İsveç rəhbərliyi – Stokholm Təhlükəsizlik İdarəsi danimarkalı islamofob siyasətçinin bu “aksiyasına” rəsmi şəkildə icazə və razılıq verib və yerli polis əməkdaşları bu cinayətin fonunda onun təhlükəsizliyini təmin ediblər.

İsveçli jurnalist Çank Frik isə Paludanın bu işinə maddi yardım göstərib.

Qeyd edək ki, bu, Paludanın ilk bu cür təxribat xarakterli addımı deyil. O, daha öncə də dəfələrlə bu cür islamofob provokasiyalar törədib.

HƏMÇİNİN OXU: İsveçdə Quranın yandırılmasına etirazlar davam edir

Əvvəlki məqaləMəsihi ingilis xanım şəhadət gətirib müsəlman oldu
Növbəti məqalədəBolqarıstan: Avropa Ukraynadakı yanğını benzinlə söndürür