Az.shafaqna.com “Sputnik”-ə istinadən xəbər verir ki, Gürcüstan Qazaxıstana 10 ədəd ağciyərlərin süni ventilyasiyası (ASV) aparatından ibarət humanitar yardım edib.

Gürcüstan XİN-dən bildiriblər ki, yardım bu gün səhər saatlarında Tbilisidən Almataya çatıb.

Qazaxıstan XİN “dost Gürcüstan xalqına koronavirus pandemiyası ilə mübarizədə göstərdiyi dəstəyə görə” öz minnətdarlığını bildirib.