Tbilisidə Azərbaycana dəstək məqsədilə keçirilən aksiya Azərbaycan səfirliyinin binası qarşısında davam etdirilib.

Az.shafaqna.com xəbər verir ki, aksiya iştirakçıları Azərbaycanın Dövlət himnini oxuyaraq səsləndiriblər.

Aksiyada Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Səfirliyin I katibi Anar Rəsulov aksiyaçılarla görüşüb və onlara nümayiş etdirdikləri dəstəyə görə Azərbaycan dövləti və səfir Faiq Quliyevin adından təşəkkürünü bildirib.

Diplomatın sözlərinə görə, Azərbaycan Ordusu zəfər çalmaqda davam edir:

“Ordumuz uğurlu əməliyyatlar aparırlar. Azərbaycan əsgərləri işğal altında olan bütün torpaqlarımızı işğaldan təmizləyəcəklər”.