Az.shafaqna.com “newsgeorgia”-ya istinadən xəbər verir ki, ötən gün axşam saatlarında Gürcüstanın Kvemo-Kartli regionunun Bolnisi rayonunun Naxiduri kəndində hakim “Gürcü Arzusu” partiyası və müxalif “Güc Birlikdədir” partiyası tərəfdarları arasında kütləvi dava baş verib.
Davanın çayxanada başladığı və qarşıdurmada 50-dən çox insanın iştirak etdiyi bildirilir.
Toqquşma zamanı 10-dək insan xəsarət alıb. Onlardan bəzilərinə tibbi yardım lazım olub.
Adıçəkilən yaşayış məntəqəsində vəziyyətin hələ də gərgin olaraq qaldığını qeyd edilir. Hadisə yerinə çox sayda polis göndərilib.
Hər iki tərəf davanın başlamasında bir-birini ittiham edir.
Faktla bağlı araşdırma başladılıb.
Bu məqaləni paylaş