
Az.shafaqna.com “Sputnik”-ə istinadən xəbər verir ki, otolarinqoloq Vladimir Zaytsev viruslardan qorunmağın yolları barədə bir neçə məsləhət verib.
Belə ki, o, orqanizmdəki su balansının əhəmiyyətini vurğulayıb və çoxlu maye qəbul etməyə səsləyib, çünki bu, virusları məhv edir.
Həkim əlavə edib ki, insan orqanizmini C vitamini ilə də təmin etmək lazımdır. Həmin vitamini çaya əlavə edilə bilən sitrus meyvələrində, zəncəfildə tapmaq olar.
Mütəxəssis qeyd edib ki, rasiyonu tərəvəzlərlə də zənginləşdirmək lazımdır. Bu, həzm yolunu təmizləməyə və orqanizmi vitaminlərlə zənginləşdirməyə imkan verir.
Sonda isə Zaytsev naxoşluğa dözməyərək vəziyyətin pisləşməsi halında dərhal həkimə müraciət etməyə dair çağırış edib.





























