Az.shafaqna.com “Russia Today”-a istinadən xəbər verir ki, ABŞ məhkəməsi afroamerikalı Corc Floydun ölümündə təqsirli bilinən polislərdən biri olan Tu Taonu girov müqabilində azad edib.

Hennepin dairəsinin həbsxanasının məlumat bazasına əsasən, Tu Tao 4 iyulda girov müqabilində sərbəst buraxılıb.

Daha öncə o, polisdəki işindən qovulub.

Xatırladaq ki, Corc Floyd may ayının sonunda polis tərəfindən saxlanılarkən dünyasını dəyişib. Polislərdən biri Floydu dizi ilə boğub.

Polisin bu rəftarı ABŞ-ın böyük kütləvi etirazlara səbəb olub.