Az.shafaqna.com “Sputnik Georgia”-ya istinadən xəbər verir ki, ən son məlumatlara əsasən, Gürcüstandan 4 436 tondan artıq fındıq ixrac edilib. Bu göstərici ötən ilin analoji dövründəki ixrac həcmindən 74% çoxdur.

Bu barədə Gürcüstanın Kənd Təsərrüfatı nazirliyi məlumat verib.

Bildirilir ki, Gürcüstan fındığı əsasən Avropa ölkələrinə ixrac edilir.

Koronavirus pandemiyasının səbəb olduğu vəziyyətə baxmayaraq, ixracın normal şəkildə ixracının aparıldığı qeyd edilib.

Gürcüstan məhsulunun alıcıları arasında bu ölkələr var: Almaniya, İtaliya, Çexiya, İspaniya, Polşa, Litva, Fransa, Latviya, Yunanıstan, Avstriya, Estoniya, həmçinin Rusiya, Ermənistan, Braziliya, Belarus, Meksika, Böyük Britaniya.

Fındığın emal prosesində 30 müəssisənin iştirak etdiyi əlavə edilib.

Əvvəlki məqaləQətər də ƏDL-ə sədrlikdən imtina etdi
Növbəti məqalədəAzərbaycanda koronavirusa yoluxma sayı – Statistika, faizlər