Qətər də ƏDL-ə sədrlikdən imtina etdi

Az.shafaqna.com AA-ya istinadən xəbər verir ki, Qətər Ərəb Dövlətləri Liqasına (ƏDL) başçılıq etməkdən imtina edib.

Qeyd edək ki, Fələstinin ƏDL-ə başçılıqdan imtinasından sonra rəsmi Doha adıçəkilən təşkilata başçılıq etməli idi.

Qətər hazırda ƏDL-ə başçılıqdan imtina etdiyi üçün öz üzrxahlıqlarını bildirib, lakin 2021-ci il mart ayında təşkilata başçılıq etmək hüququni qoruyub saxlayıb.

Bu barədə Qətərin ƏDL-dəki daimi nümayəndəsi məlumat verib.

Xatırladaq ki, 22 sentyabrda Fələstinin xarici işlər naziri Riyad əl-Maliki ƏDL-in BƏƏ və Bəhreynin İsraillə dialoqu dəstəkləməsinin fonunda ƏDL-ə sədrlik etməkdən imtina edib.

ƏDL 9 sentyabrda BƏƏ-in İsraillə münasibətləri normallaşdırmaq qərarını pisləyən qətnaməni qəbul edə bilməyib.

Bu məqaləni paylaş