
Demokratiya tərəfdarı olan şəxslərdən bəhs edən kitablar yeni mübahisəli təhlükəsizlik qanununa görə Honkonqun ictimai kitabxanalarından götürülüb.
Az.shafaqna.com BBC-yə istinadən xəbər verir ki, kitabxananı idarə edən qurumun açıqlamasına görə, bu kitabların yeni qanunu pozub-pozmadığı araşdırılacaq.
Qanunvericilik seperatizm, dağıdıcı fəaliyyət və terrorizmi hədəfləyir .
Tənqidçilər hesab edirlər ki, bu yeni Çin qanuni ölkənin azadlıqlarını pozur, rəsmi Pekin isə bunu təkzib edir.
Honkonq 1997-ci ildə azı 50 il “bir ölkə iki sistem” razılaşması ilə Britaniyadan Çinə verilib. Bu yeni qanun qüvvəyə minəndən sonra bəzi demokratiya tərəfdarı olan fəallar ölkədən getməli olub.
Azı 9 kitab uyğunsuz sayılıb və ya “yenidən nəzərdən keçirilməyə” götürülüb, Cənubi Çin Morning Post qəzeti yazıb. Onların arasında demokratiya tərəfdarı olan ictimai fəal Joshua Wong və siyasətçi Tanya Chan-ın da kitabları var.
Pekin yeni qanunvericiliklə bağlı tənqidləri əsassız sayıb, bildirib ki, bu qanun 2019-cu ildə Honkonqda baş vermiş və polislə etirazçılar arasında toqquşmalara səbəb olmuş kütləvi aksiyaları dayandırmaq üçün vacibdir.
Yeni təhlükəsizlik qanunu imkan verir ki, Pekin Honkonqda əvvəllər heç yaşanmayan həyat formalaşdırsın.
O cümlədən, yeni qanun qapalı məhkəmələrə, şübhəli şəxslərin Çində mühakimə olunmasına imkan yaradır.






























