
Az.shafaqna.com “Al Arabiya”-ya istinadən xəbər verir ki, Livan baş naziri vəzifəsini icra edən Mustafa Ədib bu gün istefaya getdiyini və ölkənin yeni hökumətini formalaşdırmaqdan imtina etdiyini bəyan edib.
O, istefasına səbəb kimi “hökumətin formalaşdırılması prosesinin siyasiləşdirilməsini” göstərib.
Xatırladaq ki, Ədib avqust ayının sonunda Livan baş naziri postuna təyin edilsə də, yeni nazilər kabinetini formalaşdıra bilməyib.






























