
Az.shafaqna.com “newsgeorgia”-ya istinadən xəbər verir ki, Gürcüstan sakinləri, adətən, 28-30 yaşlarında ailə həyatı qururlar.
Buna Gürcüstan Milli Statistika Xidmətinin məlumatları dəlalət edir.
2019-cu ildə ilk dəfə ərə gedən qadınların orta yaşı 28, ilk dəfə evlənən kişilərin orta yaşı isə təqribən 31 olub.
Ötən il Gürcüstanda 23,2 mindən çox nigah və 11,2 mindən çox boşanma qeydə alınıb.
Ən çox evlilik və ayrılma Tbilisidə baş verib: ümumi sayın, müvafiq olaraq, 30,1% və 35%-i.
Ötən il boşanmış cütlüklər birlikdə ortalama 10 il yaşayıblar. Maraqlıdır ki, bu göstərici daha öncə ayrılmış kişi və qadınlar arasında ciddi fərqlərə sahibdir. Məlum olub ki, 2019-cu ildə 2-ci və sonrakı nigahların davamiyyəti ortalama cəmi 5 il təşkil edib.
Gürcüstanda boşanma qərarı qəbul edən qadınların orta yaşı 37-38, kişilərin isə 40-dır.






























