Az.shafaqna.com “1Prime”-yə istinadən xəbər verir ki, Rusiyanın keyfiyyətə nəzarət təşkilatı “Roskaçestvo”-nun Rəqəmsal Ekspertiza Mərkəzinin rəhbəri Anton Kukanov naməlum nömrədən gələn zəng zamanı hansı məlumatların deyilməməli olması barədə danışıb.

Onun sözlərinə görə, telefon danışığı zamanı heç bir konfidensial məlumatı – bank kartlarının nömrələrini, CVC-kodları, SMS ilə gələn kodları, pasport/şəxsiyyət vəsiqəsi məlumatlarını söyləmək olmaz.

Əgər zəng edən şəxs özünü “bank əməkdaşı” kimi təqdib edirsə, telefonla ümumiyyətlə heç bir məlumat verilməməlidir, o cümlədən də kod sözü deyilməməlidir.

Bundan başqa, tanımadığız şəxslə danışarkən “mən təsdiq edirəm” ifadəsini də işlətməmək lazımdır.

Əvvəlki məqaləUkrayna Müdafiə Nazirliyi An-26 təyyarəsinin ilkin qəza səbəbini açıqladı
Növbəti məqalədəİranda zəlzələ baş verdi