© AP Photo / Kharkiv Regional State Administration

Az.shafaqna.com “İnterfaks”-a istinadən xəbər verir ki, Ukrayna müdafiə naziri Andrey Taran bəyan edib ki, Xarkov vilayətində qəzaya uğrayan An-26 təyyarəsi, çox güman ki, qanadı ilə yerə ilişib.

İlkin analiz göstərir ki, çox güman, təyyarə qanadı ilə yerə ilişib”, – deyə o bildirib.

Xatırladaq ki, daha öncəki açıqlamada qəzanın mühərrikdə nasazlıq səbəbi ilə baş verdiyi bildirilmişdi.

Ötən gün axşam saatlarında tədris-təlim uçuşları zamanı An-26 təyyarəsi eniş edərkən qəzaya uğrayıb. Təyyarədə ekipajla yananşı Xarkov Hava Qüvvələri Universitetinin kursantları da olub. Ən son məlumatlara görə, 26 nəfər həyatını itirib, 2 kursant isə təyyarədən atlanaraq xilas olsalar da, bədənlərinin 90%-i yanıq xəsarətləri alıb.

Əvvəlki məqaləPolislər sərxoş kişini qarət etdilər – RUSİYADA
Növbəti məqalədəTanımadığınız adamlara telefonla bu məlumatları söyləməyin