
Bir müddət əvvəl bir çox İraq KİV tərəfindən yayılan Bağdad Hava Limanına “Katyuşa” mərmisinin düşməsi xəbəri İraq Güc Strukturları tərəfindən təkzib edilib.
Az.shafaqna.com xəbər verir ki, bu haqda rəsmi qurumlar məlumat yayıb.
“Çox sayda KİV “Katyuşa” raketinin Bağdad Hava Limanının terminalı yaxınlığında düşməsilə bağlı xəbər yayıb. Biz tam olaraq bu xəbəri təkzib edirik. Biz KİV dəqiq xəbər verməyə və cür məlumatları ölkənin təhlükəsizlik orqanlarından götürməyə çağırırıq”, -deyə təkzib mətnində deyilir.
Bazar günü axşam ABŞ-ın Bağdaddakı səfirliyi raket hücumuna məruz qalıb. Raket Patriot Havadan Müdafuə Kompleksi vasitəsilə tutulub və raket diplomatik korpusa yaxın evlərin birinə düşüb. Hadisə zamanı uşaq xəsarət alıb.






























