kommersant.ru

Az.shafaqna.com “Gazeta”-ya istinadən xəbər verir ki, Rusiyanın Maqadan şəhərində məhkəmə 3 polis əməkdaşını azadlıqdan məhrum edib.

Tutulan şəxslər sərxoş kişidən 300 min rubl (6526.16 AZN) məbləğində pul oğurlayıblar.

İttihamçı tərəfin sübutları təqdim etməsini nəzərə alaraq, müttəhimlərin mövqelərinə və onların cinayət məsuliyyətindən boyun qaçırmaq istəklərinə baxmayaraq, məhkəmə ittihamedici hökm çıxarıb”, – deyə yerli prokurorluğun məlumatında bildirilib.

Qeyd edilib ki, polislər sərxoş şəxsdə böyük məbləğdə pulu aşkar etdikdə onun barəsində inzibati protokol tərtib ediblər. Bundan sonra isə onlar pulları saxtaları ilə dəyişərək həmin kişini sərbəst buraxıblar.

Əvvəlki məqaləMajoritar dairələrdə sorğu: Üstünlük kimdədir? – CƏDVƏL
Növbəti məqalədəUkrayna Müdafiə Nazirliyi An-26 təyyarəsinin ilkin qəza səbəbini açıqladı