Az.shafaqna.com xəbər verir ki, 6 dairədə hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyasından olan namizədlər qalib gəlir.

“Rustavi2” telekanalının sifarişi ilə “Survation” şirkətinin keçirdiyi sorğu bu cür nəticəni verib.

Adıçəkilən şirkətin bundan öncəki sorğusu da, sorğular keçirən digər şirkətlərlə müqayisədə, hakimi partiyanın ən yüksək dəstək faizlərini göstərib.

“Gürcü Arzusu”-nda hesab edirlər ki, bu nəticələr onların daxili sorğu nəticələrinə ən yaxın olandır.

Bu dəfə isə “Survation” 6 majoritar dairədə 1,8 minə yaxın insan arasında sorğu keçirib: Tbilisidəki Vake və Qldani, həmçinin Rustavi, Poti-Xobi-Senaki, Mtsxeta-Duşeti-Kazbeqi-Tianeti və Saçxere-Çiatura-Xaraqauli.

Sorğunun nəticələrini təqdim edirik:

Dairə 1-ci yer 2-ci yer 3-cü yer
Vake “Gürcü Arzusu” Nodar Turdzeladze 52,4% Müxalifət namizədi Elene Xoştariya 33,2% “Gürcüstan Vətənpərvərlər Alyansı” Nana Devdariani 5,3%
Qldani “Gürcü Arzusu” Levan Kobiaşvili 52,1% Müxalifət namizədi Nika Meliya 36,6% “Gürcüstan Vətənpərvərlər Alyansı” Merab Çikaşvili 4,9%
Rustavi “Gürcü Arzusu” Nino Latsabidze 56,2% “Güc Birlikdədir” David Kirkitadze 30,2% “Avropa Gürcüstanı” İrma Nadiraşvili 6,3%
Poti-Xobi-Senaki “Gürcü Arzusu” İrakli Xaxubiya 64,4% “Güc Birlikdədir” Murtaz Zodelava 17,9% “Avropa Gürcüstanı” Giqa  Bokeriya 8,5%
Mtsxeta-Duşeti-Kazbeqi-Tianeti “Gürcü Arzusu” Şalva Kereselidze 52,1% “Güc Birlikdədir” Sezar Çoçeli 18,6% “Vahid Gürcüstan Uğrunda” Tamaz Meçiauri 11%
Saçxere-Çiatura-Xaraqauli “Gürcü Arzusu” Paata Kvijinadze 80,5% “Güc Birlikdədir” Giorgi Kapanadze 7,5% “Gürcüstan Vətənpərvərlər Alyansı” Giorgi Kasradze 4,6%

Sorğu 12-15 sentyabrda keçirilib.

Əvvəlki məqaləTürkiyə şirkəti uçan avtomobilin uğurlu sınağını keçirtdi
Növbəti məqalədəPolislər sərxoş kişini qarət etdilər – RUSİYADA