Az.shafaqna.com “Russia Today”-a istinadən xəbər verir ki, Venesuela Rusiya, Çin, Kuba və İranla əməkdaşlığı davam etdirərək özünün silahlanma sistemini yaratmaq niyyətindədir.

Bu barədə Venesuela prezidenti Nikolas Maduro bəyan edib.

Onun sözlərinə görə, bunun üçün ölkədə xüsusi elmi-hərbi şura yaradılır.

Bizim Rusiya, Çin, Kuba, İranla, bütün dünya ilə kooperasiyanı davam etdirərək öz şəxsi silahlanma sistemimizi yaratmaq üçün hər şeyimiz var. Onlardan elmi və texnoloji dəstək almağa davam edəcəyik, xüsusilə də silahlanma sahəsində. Lakin biz müstəqilliyə doğru hərəkət etməliyik”, – deyə Maduro Venesuela Silahlı Qüvvələrinin Operativ Strateji Komandanlığının yaradılmasının 15-ci ildönümündə çıxış edərkən bildirib.

Əvvəlki məqaləMakqreqor boks qaydaları əsasında Pakyao ilə döyüşəcək
Növbəti məqalədəTürkiyə şirkəti uçan avtomobilin uğurlu sınağını keçirtdi