
İsrail mediasının iddiasına görə, Qəzzadan İsrail ərazilərinə atılan minamyot zərbələrinə cavab olaraq Qəzzada HƏMAS-a aid mövqelər bombalanıb.
Az.shafaqna.com xəbər verir ki, bu haqda The Jerusalem Post yazıb. Qəzet bildirir ki, hücumları İsrail Ordusunun qırıcıları həyata keçirib.
Fələstin mediası isə hücumların vertolyotlar vasitəsilə həyata keçirildiyini yazıb.






























