
Az.shafaqna.com RİA-ya istinadən xəbər verir ki, Rusiya İstehlakçıların hüquqlarının müdafiəsi və İnsanların rifahı üzrə Federal Xidməti (“Rospotrebnadzor”) koronavirus pandemiyası şəraitində yoluxmama ilə bağlı 5 effektiv qaydanı açıqlayıb.
Bütün məsləhətlər sadədir və çox zaman tələb etmir.
Beləliklə, pandemiya dövründə sağlamlığı qorumaq üçün lazımdır:
– əlləri yumaq və səthləri dezinfeksiya etmək;
– sosial məsafəyə əməl etmək;
– sağlam həyat tərzi sürmək;
– maska taxmaq;
– kəskin respirator virus infeksiyalarının (KRVİ) simptomları zamanı həkimə müraciət etmək.
“Məişət yuyucu vasitələrindən istifadə edərək səthləri təmizləyin və dezinfeksiya edin. Əllərin gigiyenası qrip və koronavirus infeksiyasının yayılmasının qarşısını almaq üçün mühüm profilaktik tədbirdir. Əgər əlləri sabunla yumaq imkanı yoxdursa, spirttərkibli və ya dezinfeksiyaedici salfetlərdən istifadə edin”, – deyə bildirilib.
Sosial məsafə də insanları yoluxmadan qoruya bilər, çünki viruslar 1,5 metr məsafədə xəstə insandan sağlam insana ötürülür.
Sağlam həyat tərzinə gəlincə isə, bu, orqanizmin infeksiyaya qarşı müqavimətini artırır.
Həmçini qeyd edilir ki, tənəffüs orqanlarının maskalar vasitəsi ilə qorunması barədə də unutmamaq lazımdır. İnsanların kütləvi olduğu yerlərdə, ictimai nəqliyyatdan hərəkət zamanı, həmçinin KRVİ xəstələrinə qulluq zamanı onlardan istifadə etmək lazımdır.






























