Az.shafaqna.com 1TV-a istinadən xəbər verir ki, Gürcüstan XİN-in dəvəti ilə Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) və Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) misssiyası seçkilərə nəzarət üçün Gürcüstana gəlib.

Müşahidə missiyasının başçısı Cillian Stark mətbuat konfransında bildirib ki, ATƏT/DTİHB missiyasının əsas komandası 13 beynəlxalq mütəxəssisdən ibarətdir, onların arasında seçki, siyasət, hüquq və KİV məsələləri üzrə analitiklər var.

Komandamız əsasən Tbilisidə işləyəcək, bu, bizim ilk iş yerimiz olacaq, növbəti 7 həftə isə biz Tbilisidəki müvəqqəti ofisimizdə olacağıq”, – deyə Stark qeyd edib.

Onun sözlərinə görə, 30 sentyabrda 27 uzun müddətli müşahidəçi gələcək və onlar əsas məlumatla tanış edildikdən sonra ölkə üzrə 13 fərqli ərazi üzrə yerbəyer ediləcəklər.

“Bu qrup regional səviyyədə seçki prosesini müşahidə edəcək”, – deyə o əlavə edib.

Əvvəlki məqalə“Charlie Hebdo”-nun keçmiş ofisinə hücum edildi
Növbəti məqalədəTürkiyə ABŞ-lı rəsminin “cəhalətini” tənqid etdi