Qaxariya BMT Baş Assambleyasında çıxış edəcək

.
0

Az.shafaqna.com  xəbər verir ki, Gürcüstan Baş naziri Giorgi Qaxariya bu gün BMT Baş Assambleyasının 75-ci sessiyasında çıxış edəcək.

Bu barədə Gürcüstan hökumət administrasiyasından məlumat verilib.

Baş nazirin çıxışı günün 2-ci yarısına planlaşdırılıb.

Xatırladaq ki, BMT bu il 75-ci ildönümünü qeyd edir və tarixində ilk dəfə olaraq assambleya distant keçirilir.

Qaxariya öz çıxışında COVID-19 pandemiyası ilə mübarizə, Avropa və Avroatlantik inteqrasiya, ölkədəki konstitusiya islahatı və digər bu kimi mühüm məsələlərə toxunacaq.

Xatırladaq ki, Gürcüstan prezidenti Salome Zurabişvili artıq Baş Assambleyada çıxış edib. Onun nitqi “Bizim istədiyimiz gələcək” adlanırdı. Prezident müasir problemlər şəraitində ölkənin rifahının fundamental əsaslarını sadalayıb.

Əvvəlki məqaləAzərbaycanda hərbi təlimlər: Tank və artilleriya döyüş hazırlığı məşqləri keçirir – VİDEO
Növbəti məqalədəUkrayna: Hazırda Krımı güc yolu ilə qaytarmaq mümkün deyil