Azərbaycanda hərbi təlimlər: Tank və artilleriya döyüş hazırlığı məşqləri keçirir – VİDEO

100
0

Az.shafaqna.com xəbər verir ki, Azərbaycan Müdafiə Nazirliyi bu haqda məlumat yayıb.

Məlumatda qeyd edilir ki, müdafiə nazirinin təsdiq etdiyi 2020-ci ilin döyüş hazırlığı planına uyğun olaraq tank və artilleriya bölmələri ilə döyüş hazırlığı üzrə məşqlər keçirilir.
Məşqlərin məqsədi tank və artilleriya bölmələrinin şəxsi heyətinin peşəkarlığının artırılması, döyüş əməliyyatlarının planlaşdırılması və icrası zamanı qarşılıqlı fəaliyyət vərdişlərinin təkmilləşdirilməsidir.
Döyüş uzlaşması zamanı fəaliyyət göstərən bölmələr atəş mövqelərini tutublar.