Foto: Reuters

Daha 8 rayon və şəhər üzrə xüsusi karantin rejiminin tətbiqinə başlanıb. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq 190 manat birdəfəlik ödəmə həmin şəhər və rayonlar üzrə də şamil olunacaq.

Az.shafaqna.com xəbər verir ki, bunu Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Az TV-yə müsahibəsində bildirib.

Qeyd edək ki, bundan öncə sərt karantin tətbiq olunan ərazilərin sayı çox olduğundan 600 min nəfərə 190 AZN verilmişdi.