Norveç kralı xəstəxanaya yerləşdirildi

Az.shafaqna.com NRK-a istinadən xəbər verir ki, Norveç kralı V Harald xəstəxanaya düşüb.

Bu barədə kral ailəsinin mətbuat xidməti məlumat verib.

Bildirilir ki, o, səhər tezdən Oslo universitet klinikasına çatdırılıb. Xəstəxanaya yerləşdirilmə səbəbi qeyd edilməyib.

Xatırladaq ki, 83 yaşlı V Harald bu gün Dövlət şurasının iclasına başçılıq etməli idi, lakin onun əvəzinə oğlu Hokon bunu edəcək.

ETİKETLƏNDİ:
Bu məqaləni paylaş