
Az.shafaqna.com xəbər verir ki, Gürcüstanda ötən sutka ərzində koronavirusa 265 yeni yoluxma faktı qeydə alınıb, bir nəfər ölüb, 54 nəfər sağalıb.
“StopCov”-un məlumatına görə, indiyədək yoluxanların sayı 4664 nəfərə çatıb.
İndiyədək ümumilikdə Gürcüstanda 1759 nəfər bu xəstəlikdən sağalıb.
Pandemiya başlayandan dünyasını dəyişənlərin sayı isə 26 nəfərdir.
Hazırda 5584 nəfər karantindədir, 836 nəfər həkim nəzarətindədir, 836 nəfər xəstəxanada həkim nəzarəti altındadır.
41 Gürcüstan vətəndaşı isə müalicə üçün Gürcüstana gətirilib.
Xatırladaq ki, ölkədə ilk yoluxma 26 fevralda qeydə alınıb.






























