Serbiya ordusunun qırıcısı qəzaya uğradı

Az.shafaqna.com “Russia Today”-a istinadən xəbər verir ki, Serbiyada müntəzəm uçuş zamanı Hərbi Hava Qüvvələrinə (HHQ) məxsus MiQ-21 hərbi təyyarəsi qəzaya uğrayıb.

Bu barədə Serbiyanın Müdafiə Nazirliyi məlumat yayıb.

İnsident Mali-Zvornik şəhəri yaxınlığında yerləşən Brasin kəndi rayonunda baş verib.

Hadisə yerinə HHQ-ın axtarış-xilasetmə xidməti briqadası və hüquq-mühafizə orqanlarının əməkdaşları göndərilib.

Bu məqaləni paylaş