Az.shafaqna.com AA-ya istinadən xəbər verir ki, İsrailin BMT-dəki daimi nümayəndəsi Qilad Erdan bildirib ki, yaxın həftələrdə daha bir ərəb ölkəsi ilə münasibətlərin normallaşdırılmasına dair razılıq əldə edilə bilər.

Onun sözlərinə görə, BƏƏ və Bəhreynlə əldə edilən razılıqlardan sonra İsrail daha bir ərəb ölkəsi ilə saziş bağlaya bilər.

“Ümid edirəm ki, bu, yaxın həftələrdə baş verəcək”, – deyə o qeyd edib.

Erdanın həmin ölkənin adını çəkməməsinə baxmayaraq, onun Sudan olduğu ehtimal edilir.

Xatırladaq ki, bu həftə Sudan və İsrailin vəzifləri şəxsləri BƏƏ-də görüşərək münasibətlərin normallaşdırılmasını müzakirə ediblər. Beynəlxalq KİV-lər Əbu-Dabidəki danışıqların nəticəsiz keçdiyini yazıb.

Qeyd edək ki, İsrail BƏƏ və Bəhreynlə 15 sentyabrda Ağ Evdə münasibətlərin normallaşdırılmasına dair razılıq əldə edib.