Az.shafaqna.com “Kiodo”-ya istinadən xəbər verir ki, dünyanın ən kiçik Rubik kubiki Yaponiyada nümayiş etdirilib.

Bu cür kubikin hər tərəfinin uzunluğu 9,9 millimetrdir, onun qiyməti isə 1,9 min dollardır.

Oyuncağın istehsalçısı “Megahouse Corporation” şirkətidir. Adıçəkilən şirkət ən kiçik Rubik kubikini “Iriso Seimitsu Co.,Ltd” emalatxanası ilə əməkdaşlıq daxilində hazırlayıb. Bu emalatxana dünyanın ən kiçik zərlərini və 0,1 millimetr bölgülü xətkeşi hazırlamaqla məşhurdur.

Xatırladaq ki, Rubik kubiki 1974-cü ildə heykəltəraş Erne Rubik tərəfindən hazırlanıb. Bu icad ümumi satış sayına görə bütün oyuncaqlar arasında lider hesab edilir: indiyədək təxminən 350 milyon ədəd satılıb.