
Az.shafaqna.com xəbər verir ki, Gürcüstanda daha 3 nəfərdə koronavirus aşkarlanıb, 3 nəfər sağalıb.
Bu haqda məlumatı hökümətin koronavirusla bağlı xəbərləri açıqladığı stopcov.ge saytı yayıb.
Məlumata görə, bu günə qədər Gürcüstanda koronavirusa yoluxanların sayı 951-ə çatıb, onlardan 828 nəfər sağalıb, 15 nəfər ölüb. Karantin rejimində 3569 vətəndaş, xəstəxanalarda isə 199 nəfər müalicə alır.






























