Az.shafaqna.com “Daily Mail”-ə istinadən xəbər verir ki, boks üzrə ağır çəkidə keçmiş mütləq dünya çempionu Mayk Tayson Entoni 30 yaşlı Entoni Coşuaya qarşı xeyriyyə döyüşü keçirmək istədiyini deyib.

Mən böyük məmnuniyyətlə bunu edərdim. Bu, təsəvvüredilməz bir şey olardı. Əgər bu, daha böyük xeyriyyə yığımına səbəb ola bilərsə, mən bunu etməyə razıyam”, – deyə 54 yaşlı Tayson bildirib.

Xatırladaq ki, Tayson peşəkar karyerası ərzində 58 döyüş keçirib: 50 qələbə (44-ü nokautla) və 6 məğlubiyyət. 2 döyüş isə baş tutmamış hesab edilib. O, sonuncu döyüşünü 2005-ci ildə keçirib.

Coşus isə indiyədək 43 döyüş keçirib: 40 qələbə, 3 məğlubiyyət.