
Az.shafaqna.com “HaberTurk”-a istinadən xəbər verir ki, türkiyəli mütəxəssislər Türkiyədə Asiya pələng ağcaqanadlarının sürətlə yayılmasını qeydə alıblar.
Qeyd edilir ki, çox sayda təhlükəli həşərat İstanbulun iri rayonlarında müəyyən edilib, üstəlik həmin həşəratlar daha öncə Türkiyə ərazisində olmayıb.
Mütəxəssislər hesab edirlər ki, sözügedən növ asanlıqla uyğunlaşa bilir.
“O, digər ağcaqanadlardan olduqca təhlükəlidir və sarı qızdırma və Zika virusu kimi xəstəlikləri daşıya bilir”, – deyə İstanbul Universitetinin dosenti Kərəm Eter bildirib.
Bundan başqa, Asiya pələng ağcaqanadının dişləməsi yüksək allergik reaksiya törədərək uzun müddətli göynəmə və qızarmaya səbəb olur.






























