Qaxariya: Gürcüstan hələ də “yaşıl ölkə” olaraq qalmaqdadır

Az.shafaqna.com 1TV-a istinadən xəbər verir ki, Gürcüstan Baş naziri Giorqi Qaxariya koronavirus infeksiyasının yayılması barədə danışıb.

“İlkin mərhələdə, dünyada virus barədə biliklər minimal olan zaman, bizim vəzifəmiz virusun sürətli yayılmasının qarşısını maksimal almaq idi və biz bunu effektiv şəkildə həyata keçirdik”, – deyə o bildirib.

Qaxariya bu gün Acarıstanda baş verənləri artan sürətin nəticəsi adlandırıb və bunun tamamilə proqnozlaşdırılmış bir şey olduğunu və buna öncədən hazırlaşdıqlarını əlavə edib.

Onun sözlərinə görə, Gürcüstanda yoluxmanın artması müşahidə edilsə də, bütün bunlar gözlənilən idi.

O xatırladıb ki, ölkə rəhbərliyi virusla mübarizənin bir neçə mərhələdən ibarət olduğunu əvvəlcədən bildirmişdi.

Gürcüstanın COVID-19 ilə effektiv mübarizə apardığını və bunun beynəlxalq səviyyədə də təsdiq edildiyini deyən Qaxariya əlavə edib ki, “hətta bu gün belə Gürcüstan yaşıl ölkə olaraq qalmağa davam edir”.

Bu məqaləni paylaş