
Az.shafaqna.com “WeBetaInfo”-ya istinadən xəbər verir ki, “WhatsApp”-da müvəqqəti medaimesajlar göndərməyə imkan verən yeni funksiya istifadəyə verilib.
Yenilik istifadəçiyə alıcı faylı açdıqdan və çatdan çıxdıqdan dərhal sonra yox olacaq şəkillər, videolar və ya animasiyalar göndərmək imkanı verir.
Güman edilir ki, bu funksiya göndərən şəxs şəxsi faylları ilə bölüşmək istəyəndə işə yarayacaq.
İstifadəçilər onları dəyişik salmasın deyə yox olan mesajlar qrafik cəhətdən adi mesajlardan fərqlənəcək.
Funksiya artıq Android smartfonlarında mesencerlərin beta-versiyasında əlçatandır və bir müddət sonra əsas yenilənmə istifadəyə veriləcək.






























