Rusiya Federasiyası Müdafiə Nazirliyi / mil.ru

Az.shafaqna.com “Russia Today”-a istinadən xəbər verir ki, pis görünmə şəraitində Baltika boğazı zonasından keçən zaman Marşal adaları bayrağı altında üzən “ICE Rose” adlı buzxanalı gəmi və Rusiyanın Baltika donanmasına aid qayıq əleyhinə gəmisi toqquşub.

Hadisə bu gün səhər saatlarında baş verib.

Qeyd edilir ki, Rusiyaya məxsus “Kazanets” hərbi gəmisinin korpusu su xəttindən yuxarıda deşilib və hazırda müstəqil şəkildə Baltiysk şəhərindəki baza məntəqəsinə doğru hərəkət edir.

Baltika donanmasının komissiyası baş verən hadisənin bütün səbəblərini müəyyən etməkdədir.