Cənubi Koreya Şimali Koreya ilə müharibənin rəsmi bitişi üçün BMT-dən kömək istədi

Az.shafaqna.com “Russia Today”-a istinadən xəbər verir ki, Cənubi Koreya prezidenti Mun Çje İn BMT Baş Assambleyasındakı çıxışı zamanı beynəlxalq təşkilatın Şimali Koreya ilə müharibənin dayandırılmasına dair bəyannamənin imzalanmasına kömək etməsini xahiş edib.

Cənubi Koreya prezidenti xatırladıb ki, 2020-ci ildə Koreya müharibəsinin başlamasından 70 il ötüb.

“Koreya yarımadasındakı uzun çəkən faciəni aradan qaldırmağın vaxtı gəlib çatıb. Müharibə bitməlidir, tam şəkildə və həmişəlik… Ümid edirəm ki, BMT və beynəlxalq ictimaiyyət müharibənin bitməsinə dair deklarasiyanın köməyi ilə barış və tərəqqi dövrünə qədəm basmağımız üçün dəstək göstərəcək”, – deyə Mun Çje İn bildirib.

O, bu addımın “tam nüvəsizləşdirməyə və Koreya yarımadasında daimi sülhün bərqərar edilməsinə yol açacağını” düşündüyünü ifadə edib.

Bu məqaləni paylaş