Batumidə koronavirusa yoluxanların evdə müalicə prosesi başladı

Az.shafaqna.com 1TV-a istinadən xəbər verir ki, Batumidə koronavirusa yoluxmuş insanların evdə müalicə prosesi başlayıb.

Regionun İctimai Səhiyyə Mərkəzinin məlumatına görə, bir neçə pasiyent artıq evdə müalicə almaqdadır və həkim nəzarəti altındadır.

Ümumilikdə isə, evdə müalicə protokolunun yekun forması hələ də hazırlanma mərhələsindədir.

“Evdə müalicə prosesi iki gün öncə başlayıb. Protokolda qəti surətdə kimlərin evdə müalicə aldığı qeyd edilib, onlar birmənalı şəkildə yüngül və simptomsuz hallar yaşayanlardır. Hamilələr, xroniki xəstəliyi olanlar, yaşlılar, uşaqlar və digər kateqoriyalardan olanlar evdə müalicə prosesindən keçə bilməzlər”, – deyə İctimai Səhiyyə Mərkəzinin direktoru müavini Nona Epadze bildirib.

Mərkəzdən hazırda nə qədər koronavirusa yoluxmuş insanın ev şəraitində müalicə alması barədə məlumat verilməyib.

Bu məqaləni paylaş