
Az.shafaqna.com “Tehran Times”-ə istinadən xəbər verir ki, iranlı arxeoloqlar İbn Sinanın saxlanıldığı zindanı tapdıqlarına əmindirlər.
Arxeoloqlar İranda qədim atəşpərəstlik məbədinin bir hissəsini aşkar ediblər. Bəzi araşdırmaçılara görə, sözügedən məbəd məşhur filosof və alimin saxlanıldığı zindan qismində çıxış edib.
Kəşf ölkənin mərkəzi hissəsində yerləşən Fərdəkan kəndi yaxınlığında edilib
“Tapılmış məbəd tarixi sənədlərdə xatırlanan həmin məbəd olmalıdır”, – deyə qazıntıların rəhbəri Möhsün Kərimi bildirib və qeyd edib ki, söhbət bir müddət həbsxana kimi istifadə edilmiş və saxlanılan dustaqlarının arasında İbn Sinanın da olduğu məbəddən gedir.






























