Az.shafaqna.com “SPA”-ya istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı rəhbərliyi Ümrə ziyarətinin bərpa planını hazırlayıb.

Bildirilir ki, Ümrə mərhələli şəkildə bərpa ediləcək. Məkkə şəhərindəki Məscidül-Haram məscidi 4 oktyabrdan Ümrə zəvvarları üçün açılacaq.

Krallığın daxili işlər nazirliyindən qeyd edilib ki, ziyarəti yalnız Səudiyyə Ərəbistanında yaşayanlar həyata keçirə biləcəklər.

Bundan başqa, epidemioloji vəziyyət nəzərə alınmaqla dini ayinlərin keçirilməsi ilə bağlı müəyyən qaydalar tətbiq edilib. Hər gün 6 minədək insan məscidə gələ biləcək.

16 oktyabrda isə Mədinə şəhərində yerləşən Məscidün-Nəbi də fəaliyyətini bərpa edəcək. O da ilk olaraq yalnız krallıq sakinlərini qəbul edəcək və karantinlə bağlı qaydalar orada da qüvvədə olacaq.