Foto: president.ir

Bu sözləri bazar günü nazirlərin iqtisadi iclasında İran Prezidenti Həsən Ruhani bildirib.

Ruhani qeyd edib ki, valyuta, qızıl və birjadakı oynamaların məqsədinin düşmənin  İslam Respublikasının iqtisadiyyatına zərbə vurmaq olduğunu, lakin buna baxmayaraq bu planların nəticəsiz qalacağını bildirib.

Az.shafaqna.com xəbər verir ki, Ruhani İran xalqının koronavirus pandemiyası zamanı iqtisadi problemlər yaşadığını önə çəkərək “Hamımız vətən, dövlət və inqilabımıza qarşı duyğumuzla səbrlə çətinliklər və çətin şərtlərə dözərək iqtisadiyyatımızın hədəfinə çatmaqdayıq. Bunun üçün bütün hər kəsin vəhdət və bərabərliyi lazımdır.”, – deyə əlavə edib.

Ruhani embarqo və sanksiyalara baxmayaraq koronavirusun təsirlərilə paralel istehsal və ixracatla bağlı inkişafların olduğunu bildirib.

“Bu torpağın düşmənləri psixoloji təzyiqləri artıraraq neftsiz iqtisadi təcrübəmizi çökdürməyə çalışırlar.”, – deyə Həsən Ruhani vurğulayıb.