Az.shafaqna.com xəbər verir ki, Ərdoğanın Suriya ilə əlaqələrin normallaşması ilə bağlı siqnalından sonra istər dünyada, istər Türkiyə və Suriyada “Ərdoğan – Əsəd görüşü baş tutacaqmı?” sualı düşündürür.
Rusiya Prezident Aparatının mətbuat katibi Dmitri Peskov sözügedən mövzu ilə bağlı deyib ki, Rusiya Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Suriya prezidenti Bəşər Əsəd arasında görüş təşkil edə bilər.
“Vladimir Putin dəfələrlə regionda sabitlik naminə iki prezident arasında görüşün təqdirəlayiq olduğunu vurğulayıb. Rusiya tərəfi bu görüşə hərtərəfli dəstək verməyə hazırdır.”, -deyə Pekov bildirib.
Suriya prezidenti Bəşər Əsədin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdən imtina etdiyi iddia edilib.
Reuters-ə müsahibə verən iki mənbə iddia edib ki, Əsəd Ərdoğanın əlini gücləndirməmək üçün Türkiyədə seçki öncəsi görüşdən imtina edib.
Eyni mənbə mümkün görüş zamanı 3,6 milyon suriyalının Türkiyəyə qayıtmasının müzakirə edilməsinin seçkidə Ərdoğana müsbət təsir edəcəyini qeyd edib.
Görüş təklifi ilə bağlı məlumatı olan üçüncü mənbə bildirib ki, Dəməşq konkret təklif olmadığı təqdirdə görüşü faydasız hesab edir və Türkiyə qüvvələrinin ölkə ərazisindən tamamilə geri çəkilməsini istəyir.
