Az.shafaqna.com RİA-ya istinadən xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Təhlükəsizlik Şurasını (TŞ) koronavirus pandemiyasına olduqca gec reaksiya verdiyi üçün tənqid edib.

Çoxtərəfli təşkilatların, xüsusilə də BMT və onun Təhlükəsizlik Şurasının islahatlara ehtiyacı var. Biz bu təşkilatın hazırkı pandemiya şəraitində necə gücsüz olduğunu gördük. Pandemiyanın gündəliyə çıxması və qərarların qəbul edilməyə başlamasına həftələr və hətta aylar lazım oldu”, – deyə o, BMT-in 75-ci ildönümündə çıxış edərkən bildirib.

O, əlavə edib ki, “illərlə bu tribunadan dünyanın 5-dən çox olduğunu demişəm”. Ərdoğan “5-dən çox” deməklə BMT TŞ-ın daimi üzvlərinin sayının genişləndirilməsini nəzərdə tutub və deyib ki, buna görə də “bəşəriyyətin taleyi məhdud sayda ölkəyə təslim edilə bilməz”.