Az.shafaqna.com “Express”-ə istinadən xəbər verir ki, dietoloq Rayan Raman saç tökülməsini ləngidə bilən məhsullar barədə danışıb.

İlk növbədə o, avokadonun adını çəkib, çünki bu meyvə baş dərisini qoruyan E vitamini ilə zəngindir.

Həmçinin keçəlləşmənin qarşısını almaq üçün həkim batat (şirin kartof) yeməyi də məsləhət görüb. Bu tərəvəzdə A vitamininə çevrilən beta-karotin var. O, başı quruluq, xarici faktorlar və zədələnmələrdən qorumaq üçün zəruri olan dəri piyinin ifrazına səbəb olur.

Roman əlavə edib ki, balanslaşdırılmış pəhriz saç böyüməsini bərpa edə bilir, xüsusilə də, əgər onlar pis qidalanmaya görə tökülürdülərsə.