Gürcüstanda COVID-19-dan 25-ci xəstə vəfat etdi

Az.shafaqna.com 1TV-a istinadən xəbər verir ki, Gürcüstanda daha bir koronavirusa yoluxmuş insan dünyasını dəyişib.

Bu, ölkədə indiyədək qeydə alınan 25-ci ölüm halıdır.

Müvafiq məlumat stopcov.ge saytında yerləşdirilib.

Vəfat edən şəxsin yaşı və onun müalicə yeri barədə təfərrüatlar hələ məlum deyil.

Qeyd edək ki, bu gün Gürcüstanda rekord sayda yoluxma qeydə alınıb.

Bu məqaləni paylaş