
Az.shafaqna.com 1TV-a istinadən xəbər verir ki, Gürcüstan hökumət administrasiyasının başçısı Natiya Mezvrişvili bildirib ki, ölkədə koronavirusa yoluxma hallarının artmasına baxmayaraq, əminliklə demək olar ki, epidemioloji vəziyyət nəzarət altındadır.
Onun sözlərinə görə, sahibkar və iqtisadi subyektlərin ehtiyat etdiyi bütün ölkə boyu fövqəladə vəziyyətin və sərt məhdudiyyətlərin tətbiqi planlaşdırılmır.
Mezvrişvili deyib ki, regionlarda məqsədli və nöqtəvi məhdudiyyətlə ola bilər, lakin bu da, təbii ki, bu və ya digər regiondakı epidemioloji vəziyyətdən asılıdır.






























