İsrail höküməti koronavirusun yayılmasına görə, bəzi sərtləşdirilmiş tədbirlərə başlayır.
Az.shafaqna.com timesofisrael-ə istinadən xəbər verir ki, bazar günü keçiriləcək Nazirlər Kabinetinin iclasında bəzi sərtləşdirilmiş tədbirlər həyata keçiriləcək. Məlumata görə, böyük ehtimalla sinaqoqlarda 20 nəfərdən artıq toplantı və ibadətlərin keçirilməsi, həmçinin kafe, restoran, barların 50 nəfərdən artıq müştərinin bir yerdə oturması qadağan olunacaq.
Qeyd edək ki, İsraildə bu günə qədər 29,032 nəfərdə koronavirus aşkarlanıb, ümumilikdə 330 nəfər ölüb və 17,773 nəfər sağalıb. Son açıqlamaya görə, bir sutka ərzində 4 nəfər ölüb, 977 nəfərin COVİD 19 testi pozitiv çıxıb.





























