Az.shafaqna.com CNN-a istinadən xəbər verir ki, ABŞ xüsusi xidmət orqanlarının keçmiş əməkdaşı Edvard Snouden “Şəxsi iş” kitabının satışı və ictimai çıxışlarından qazandığı 5 milyon dollardan keçməyə razılıq verib.

Bu barədə onun vəkili Lorens Lastberq məlumat verib.

Kitab ABŞ hökumətinin razılığı olmadan dərc edilib, oradakı məlumatların açıqlanması Snoudenlə ABŞ xüsusi xidmət orqanları arasındakı müqavilənin şərtlərini pozur. Qeyd edilir ki, məhkəmə ABŞ Ədliyyə Nazirliyinin gəlirlərin qaytarılması iddiasını dəstəkləyib.

Lastberqin sözlərinə görə, xüsusi xidmət orqanlarının keçmiş əməkdaşı məhkəmənin qərarına qarşı şikayət vermək niyyətindədir. Sözügedən hökmə əsasən Snouden məlumatların açıqlanmasına görə məsuliyyət daşımalıdır.

Qeyd edək ki, Snouden ABŞ KİV-lərinə ABŞ və Böyük Britaniya kəşfiyyat xidmətlərinin internetdəki izləmə proqramları barədə bir sıra məxfi materialları ötürüb. Rusiya 2013-cü ildə Snoudenə müvəqqəti sığınacaq təqdim edib, bir şərtlə ki, o, ABŞ-a qarşı fəaliyyətini dayandırsın.