
Az.shafaqna.com RİA-ya istinadən xəbər verir ki, Pakistan müxalifəti ölkənin Baş naziri İmran Xanı tənqid atəşinə tutub.
Belə ki, İmran Xan “Əl-Qaidə” terror təşkilatının məhv edilmiş lideri Üsamə bin Ladeni “şəhid” adlandırıb.
“İmran Xan Üsamə bin Ladeni “şəhid” adlandırdı. Bin Laden bizim torpaqlarımıza terrorçuluğu gətirdi, o, islahedilməz terrorçu idi və Baş nazir də onu “şəhid” adlandırır?”, – Pakistan Müsəlman Liqası (PML) müxalifət partiyasının liderlərinin biri Həvacə Asif bildirib.
Xatırladaq ki, bin Laden 2011-ci ildə ABŞ tərəfindən Pakistanda öldürülüb.






























