Alex Brandon/AP Photo

Az.shafaqna.com AA-ya istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Ağ Evin milli təhlükəsizlik üzrə sabiq müşaviri Con Boltonu sərt tənqid edib.

Əgər mən o axmağa qulaq assa idim, biz çoxdan 5-ci dünya müharibəsinə sürüklənmişdik”, – deyə Tramp bildirib.

O, noyabrda ABŞ-da baş tutacaq prezident seçkilərinin tarixi əhəmiyyətinə də diqqət çəkib.

Əgər Co Bayden seçkilərdə qalib gəlsə, mən tarixin ən pis namizədinə məğlub olmuş olacağam”, – deyə Tramp qeyd edib.

Onun sözlərinə görə, Bayden həmişəki qlobalistdir.

Siz ki bilirsiniz, qlobalistlər artıq oyundan kənar qalıblar. Onlar bu ölkəni məhv etdilər”, – deyə o əlavə edib.