
Az.shafaqna.com TASS-a istinadən xəbər verir ki, payız gecə-gündüzün bərabərliyi günü – 22 sentyabr təkcə gün və gecənin eyni olmasına görə məxsusi olmayacaq.
Bu barədə Moskva Planetarisinin elmi əməkdaşı Lyudmila Koşman danışıb.
“Həmin gün günün tərəflərini mümkün qədər dəqiq müəyyən etməklə maraqlananlar üçün məxsusi olacaq, çünki gecə-gündüzün bərabərliyi günlərində Günəş tam şərqdən çıxır və tam qərbdə batır”, – deyə astronom bildirib.
O, qeyd edib ki, digər zamanlarda göy cismi ya daha şimaldan, ya da daha cənubdan çıxır.






























