Az.shafaqna.com 1TV-a istinadən xəbər verir ki, Tbilisi meri Kaxa Kaladze sabiq prezident Mixail Saakaşvilinin koalisiya hökumətinə inanmamasına dair sözlərini şərh edib.
“Mən də koalisiya hökumətinə inanmıram və bu gün buna ehtiyac yoxdur”, – deyə Kaladze bildirib.
Tbilisi merinin sözlərinə görə, “Gürcü Arzusu” olduqca yüksək nəticə ilə seçkiləri başa vurmaq üçün real imkana sahib yeganə qüvvədir.
“Odur ki, hər hansı bir koalisiya yaratmaq zərurəti olmayacaq”, – deyə Kaladze əlavə edib.
O bildirib ki, hazırda Gürcüstanda çoxlu siyasi partiya, fərqli baxışlara sahib çoxlu insan var və bu siyasi plüralizm “ölkənin demokratik inkişafı üçün irəli atılan sadəcə bir addımdır”.
Kaladze deyib ki, növbəti parlamentə daxil olacaq partiyaların sayı və deputatların kimliyi insanlar və cəmiyyətdən asılıdır.